Səbail RİH rəhbərliyi cəbhə bölgəsində əsgərlərlə görüşüb
19 mart 2014 12:33 (UTC +04:00)

Səbail RİH rəhbərliyi cəbhə bölgəsində əsgərlərlə görüşüb

Novruz Bayramı ərəfəsində Səbail İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış əsgərlərlə tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə Səbail İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri  və populyar incəsənət xadimləri iştirak edib. Qonaqlar  hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlib, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparıb, onlara bayram sovqatları çatdırıb. Hərbi hissədə, əsgər kazarmaları və təmas xəttindəki bir neçə bölüklərlə tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov Novruz Bayramı münasibəti ilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb.

 

ərtər rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov da əsgərləri təbrik edib. daha sonra qonaqlar hərbi hissə və onun yeni istifadəyə verilmiş kazarmalar üçün Səbail RİH-nin hədiyyələrini, döyüş bölgəsi üçün xüsusi olaraq vacib olan ləvazimatları, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim edib.

 

Hərbi hissə komandanlığı adından çıxış edən «N» saylı hərbi hissəsinin komandir müavini  polkovnik-leytenant Valeh Rəcəbov şəxsi heyətin xidməti və  döyüş hazırlığı barədə məlumat verib, Səbail RİH rəhbərliyinə hərbi hissə ilə Səbail rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Novruz  bayramı tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirib. Keçirilən bayram tədbirində Səbail və Tərtər rayon rəhbərliyi, Səbail rayon ictimaiyyəti nümayəndələri, hərbi hissəinin rəhbər komanda heyəti ilə yanaşı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İdarə rəisi polkovnik Aydın Ələsgərov, Tərtər rayon hərbi prokuroru polkovnik-leytenant Fuad Məmmədov və digər rəsmi qonaqlar da iştirak ediblər.

 

 

Sonra populyar müğənnilər Elton Hüseynəliyev və Sevda Yəhyayevanın iştirakı ilə konsert proqramı təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526
avatar

Oxşar yazılar