Səbail RİH-dən cəbhədəki əsgərlərimizə böyük sovqat
16 mart 2013 13:29 (UTC +04:00)

Səbail RİH-dən cəbhədəki əsgərlərimizə böyük sovqat

Novruz bayramı ərəfəsində Səbail İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri  və populyar incəsənət xadimləri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhə bölgəsində yerləşən Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissədə xidmət edən əsgər  və zabitlərin görüşünə gedib. Səbail RİH başçısı aparatının informasiya təminatı və təhlil sektorunun müdiri İsrafil Kərimovun Lent.az-a verdiyi məlumata görə, qonaqlar  hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlib, burada  əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıb, onlara bayram sovqatları çatdırıb. Hərbi hissədəki əsgər kazarmaları və yeməkxana ilə də tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən görüşdə çıxış edən Səbail RİH başçısı Asif Əsgərov Novruz Bayramı münasibəti ilə əsgərlərimizi təbrik edib.

 

Tədbirdə iştirak edən Tərtər RİH başçısı Ceyhun Cəfərov əsgərlər qarşısında çıxış edərək bayram münasibəti ilə onları təbrik etmiş, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayıb.       Qonaqlar Səbail RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim edib. Bundan başqa RİH tərəfindən hərbi hissənin tələbatı nəzərə alınaraq müxtəlif tikinti materialları hərbiçilərimizə çatdırılıb. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılıb.

 

Hərbi hissə komandanlığı adından çıxış edən polkovnik-leytenant Şükür Həmidov şəxsi heyətin xidməti və  döyüş hazırlığı barədə məlumat verib, Səbail RİH rəhbərliyinə hərbi hissə ilə Səbail rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Novruz  bayramı tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirib. Sonra tanınmış incəsənət ustalarının iştirakı ilə    döyüşçülərimiz üçün böyük konsert proqramı təşkil olunub.

 

Bayram şənliyindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar edib.

 

Cəbhə bölgəsindəki tədbirlə bərabər Səbail rayonunun nümayəndələri rayon ilə çox   dostluq və möhkəm əməkdaşlıq əlaqələri olan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bərdə şəhərindəki «N» saylı hərbi hissəsinin də qonağı olub. Rayon nümayəndələri bu hərbi hissədə də əsgərlərimizin şəraiti və hərbçilərin döyüş hazırlığı ilə tanış olub, burada da böyük bayram konserti təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1272
avatar

Oxşar yazılar