Səbaildə yanğınların profilaktikası ilə bağlı müşavirə keçirilib
18 noyabr 2014 14:07 (UTC +04:00)

Səbaildə yanğınların profilaktikası ilə bağlı müşavirə keçirilib

Səbail rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi ilə birgə «Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu» mövzusunda rayon müşavirəsi keçirilib. İcra hakimiyyətindən Lent.az-a verilən məlumata görə, rayon rəhbərliyi, qəsəbə və ərazi nümayəndəliklərinin, bələdiyyələrin, rayonun təsərrüfat və kommunal xidmətlərinin rəhbərlərinin, aidiyyəti idarə və  təhsil müəssisələrinin, Bakı Regional Mərkəzinin, FHN Dövlət Yanğın Nəzarəti və FHN Dövlət Yanğından Mühafizə Xidmətlərinin, Mülki Müdafiə Qoşunlarının əməkdaşlarının iştirak edib.

Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Yavər Allahverdiyev açaraq qonaqları salamlayıb, tədbirin məqsədi barədə məlumat verib. Bildirilib ki, artıq 4-cü ildir ki, rayon İcra Hakimiyyətində payız-qış mövsümünün başlanması ilə əlaqədar  «Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu» mövzusunda silsilə tədbirlər keçirir. Yanğın təhlükəsizliyi və onların profilaktikası ilə bağlı məsələlər müzakirə olunur, çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər həyata keçirilir. Yavər Allahverdiyev yay aylarında rayonda görülən işlər və qarşıda duran məsələlər barədə ətraflı məlumat verib.

Müşavirədə Bakı Regional Mərkəzinin, FHN Dövlət Yanğın Nəzarəti və FHN Dövlət Yanğından Mühafizə Xidmətlərinin əməkdaşlarının «Yanğının baş vermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları», «Yanğın təhlükəsizliyi qaydaları», «Rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları» mövzularında çıxışları dinlənilib.

Səbail rayonunun Mənzil Kommunal Təsərrüfatı Birliyi, Qaz İstismarı sahəsi, Enerji Təchizatı və Satışı İdarəsinin, Sukanal İdarəsinin, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası rəhbərlərinin hesabatları dinlənilib, mövcud problemlər və onların həlli istiqamətində atılmalı addımlar barədə məlumat verilib

FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçiyev Səbail rayonunda 2013-2014-cü illərin müvafiq dövrlərində yanğın və dəm qazından zəhərlənmələrlə bağlı müqayisəli statistika, eləcə də rayon ərazisində yanğın təhlükəsizliyi mövcud problemləri tədbir iştirakçılarının nəzərinə çatdırıb, mərkəz əməkdaşları tərəfindən aparılan reydlərin nəticələri ilə iştirakçıları tanış edib, hər bir idarə və təşkilat rəhbərinin, bələdiyyə üzvünün, vətəndaşın yanğın təhlükəsizliyi və onun profilaktikası ilə bağlı görməli işlərindən, ən əsası isə əhalinin maarifləndirməsi istiqamətində qarşıda duran vəzifələrdən danışıb.

Müşavirənin gedişində yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı video materiallar nümayiş etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 435
avatar

Səlcuq Elçin

Oxşar yazılar