Sayalı Sadıqova: “Hələ də oğluna Sovet, qızına Şura adı verənlər var”
24 aprel 2014 14:11 (UTC +04:00)

Sayalı Sadıqova: “Hələ də oğluna Sovet, qızına Şura adı verənlər var”

 

“Müəyyən adlar var ki, yeni doğulmuş uşaqlara verilməsi Nazirlər Kabineti tərəfindən qadağan olunub”. Lent.az-ın məlumatına görə, bunu filologiya elmləri doktoru, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, AMEA Dilçilik İnstitutunda  Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova APA.TV-nin “Üç valet” verilişində deyib.

 

Onun sözlərinə görə, gülüş doğuran adlar - Fabrik, Traktor, Kombayn, Raykom, Pioner, Sovet, Şura kimi adlar qadağan olunub: “Buna baxmayaraq, hələ də oğluna Sovet, qızına Şura adı verənlər var. Onlar bunun nənədən, babadan gəldiyini deyirlər. Belə şəxslərin çoxu böyüdükdən sonra qeydiyyat idarəsinə müraciət edərək adlarını dəyişdirir. Qadağan olunmuş adlar arasında “məşədi, hacı, bəy, xan” da var. Əgər nəsildə bəylik, xanlıq yoxdursa, bu adların titul kimi verilməsi Nazirlər Kabineti tərəfindən qadağan edilib”.

 

Dilçi alim 5 minə yaxın addan 300-nün daha çox qoyulduğunu da qeyd edib.

 

Soyadlara gəlincə, S. Sadıqova onu da əlavə edib ki, hazırda 5 soyad sonluğuna icazə verilir. Artıq “-ov”, “-yev” sonluğunu verilməsi qadağandır. İrandan gələn vətəndaşlar nəzərə alınaraq “-zadə” sonluğu da icazəli sonluqlar siyahısındadır.  Amma əsas üstünlük “-lı” sonluğuna verilir.

 

 

 

# 868
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar