Sakinlər nazirdən nə xahiş etdilər?
17 may 2013 15:59 (UTC +04:00)

Sakinlər nazirdən nə xahiş etdilər?

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində Mingəçevir, Şəki, Naftalan şəhərlərindən və Zaqatala, Balakən, Qax, Ağdaş, Goranboy, Xocalı, Bərdə, Tərtər və Ağdam sakinlərini qəbul edib. Bu barədə Lent. az-a nazirlikdən məlumat verilib.
 

Nazirliyin məsul işçilərinin iştirak etdikləri görüşdə vətəndaşların bütün müraciətlərinə baxılıb.
Müraciətlər əsasən yerlərdə tarix-mədəniyyət abidələrinin bərpasına köməklik göstərilməsi, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yeni turizm peşə və uşaq musiqi məktəblərinin açılması və digər məsələlərlə bağlı olub.
Bəzi müraciətlərdə mədəniyyət mərkəzlərinin nəzdində fəaliyyət göstərən dərnək və birliklərin vahid tədris planı və proqramlarının hazırlanması təklif edilib. Təkliflərdə həmçinin regionların turizm sahəsinin inkişafı ilə bağlı fikirlər səslənib, bəzi layihələrin icrasına köməklik göstərilməsi xahiş olunub.
 

Nazir yerlərdə mədəniyyət siyasətinin uğurla həyata keçirildiyini və əhali ilə birbaşa təmasda səslənən məsələlərin ümumi işin xeyrinə olduğunu bildirib.
Qeyd edək ki, vətəndaşlarla görüşlər növbəti aylarda da davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636

Oxşar yazılar