Sabunçunun Bakıxanov qəsəbəsində istismar dövrünü başa vurmuş magistral su xətti yenisi ilə əvəz olunub. Bu barədə Lent. az-a “Azərsu”-dan məlumat verilib. Hazırda mövcud şəbəkənin yeni çəkilmiş magistral su xəttinə qoşulması işləri aparılır. Bununla əlaqədar oktyabrın 28-29-da Sabunçu rayonu Bakıxanov qəsəbəsinin Nazim İsmayılov, Habil Balakişiyev, Zabrat və Pirməmməd küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.