Dünən günün ikinci yarısından Bakıda başlayan qar və çovğun paytaxtın elektrik, qaz, su təsərrüfatında qəzalara səbəb oldu, yollar bağlandı.
Virtualaz.org saytı xəbər verir ki, qarın əriməsi isə Bakıda və ətraf qəsəbələrdə bəzi yollar, səkilər sular altında qalıb.
Hər yağışdan sonra sular altında qalan rayonlardan biri də Sabunçudur. Sabunçu vağzalı ətrafında avtobusların hərəkəti məhdudlaşıb, sakinlərin gediş-gəlişi çətinləşib.
Çağırışa gedən təcili tibbi yardım maşını da Sabunçu vağzalının sularından keçə bilməyib. Təcili tibbi yardım maşını ətrafda olanların köməyi ilə sudan çıxarılıb.