Sabirabadda sosial problemləri ilə əlaqədar aclıq aksiyası elan edən, amma polisin saxladığı II qrup Qarabağ əlili Zaur Ağayev fevralın 1-də sərbəst buraxılıb.
Z.Ağayevin “Azadlıq”a verdiyi məlumata görə, sərbəst buraxılandan sonra rayonu İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov onu qəbul edib və şikayətini dinləyib. İcra başçısı vəd edib ki, Z.Ağayevə torpaq sahəsi ayrılması və orada dövlət hesabına ev tikilməsi üçün müvafiq müraciətlər göndərəcək. Bundan başqa, icra başçısı Z.Ağayevin indiyə qədər müalicəsi və kirayə haqqını ödəmək üçün götürdüyü kreditlərin qaytarılmasına yardımçı olacaqlarına da söz verib.
Z.Ağayev icra başçısının verdiyi vədləri nəzərə alaraq aclıq aksiyasını dayandırıb.
«Azadlıq»qəzeti