Sabirabadın Çiçəkli kəndi elektrik enerjisiz qalıb.
Sabirabad rayonunun Çiçəkli kənd sakinlərinin Lent.az-a verdiyi məlumata görə, artıq 20 gündür ki, kənddə 27 fərdi yaşayış evinə elektrik enerjisi verilmir.
Çiçəkli kəndinin İcra nümayəndəsi İbrahim Həsənov kəndə elektrik enerjisinin kəsildiyini təsdiqləyərək bildirib ki, həmin evlərə elektrik enerjisinin verilməməsinə transformatorda baş verən qəza səbəb olub. Bununla əlaqədar Sabirabad rayon Elektrik Şəbəkəsi məlumatlandırılıb və hazırda transformatorun sarğısı təmir olunur. Yaxın vaxtlarda transformator quraşdırılacaq və kəndə elektrik enerjisinin verilməsi bərpa olunacaq.