Sabirabad rayonuna 1 milyon manat ayrıldı
12 aprel 2013 18:56 (UTC +04:00)

Sabirabad rayonuna 1 milyon manat ayrıldı

0

Prezident İlham Əliyev Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent. az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Sabirabad Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 milyon manat ayrılıb.

Sərəncamda Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 557

Oxşar yazılar