Vəkil Tural Şükürovun Lent.az-a bildirdiyinə görə, cinayət yolu ilə var-dövlət yığan şəxslərdən əmlakın müsadirə edilməsi Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən həyata keçirilir:
“Əvvəla, cinayət yolu ilə qazanılan bütün əmlak aşkar edildikdə, dövlət tərəfindən müsadirə edilir. Həmin əmlakı isə şəxsin qohumlarının, ailə üzvlərinin alması heç bir məntiqə sığmır. Qohumlar, ailə üzvləri gəlib həmin var-dövləti almaq istəsələr, elə onların da pulunu əllərindən alarlar. Çünki bu təbii şəkildə həmin şəxslərin də əlində olan vəsaitin cinayət yolu ilə qazanılan pullardan bir hissəsi olduğu barədə şübhə yaradar. Hərrac qaydalarında kimlərin iştirak edib-etməməsi barədə məlumat yoxdur. Yəni, təcrübədə də belə bir şeyə rast gəlməmişik ki, kiminsə ailə üzvü, yaxud qohumu müsadirə olunan əmlakı almağa gəldiyini desin. Digər tərəfdən, kimsə gəlib bunu gəlməyə qorxar ki, sorğu-sual olunacaq. Bu zaman həmin şəxslərdən də pulu necə əldə etdikləri soruşula bilər. Beləliklə, istintaqa cəlb oluna bilərlər. Ona görə kimsə ehtiyat edib o əmlakın arxasınca getməz”.
Vəkil əmlakın istintaq prosesinə cəlbedilmə və müsadirə prosesindən də danışıb:
“İstintaq başlayır və bu zaman müəyyənləşir ki, əmlaklar oğurlanıb, yaxud cinayət yolu ilə qazanılıb, hansısa cinayətin törədilməsində istifadə edilib və s. Bunların hamısı istintaq prosesində siyahıya alınır. Əmlaka həbs də qoyulur ki, şəxs gedib onu sata bilməsin. Siyahıya alınır və istintaq bitəndən sonra verilir məhkəməyə. Məhkəmə də təqsirləndirilən şəxsə hökm elan edəndə, nəticə hissəsinə həmin əmlakın da müsadirə məsələsini əlavə edir. Məsələn, 10 il müddətinə azadlıqdan məhrum edilən şəxsin cinayət yolu ilə qazandığı N qədər pul ondan alınsın. Yaxud, cinayət yolu ilə qazandığı pulla tikdiyi villa alınaraq dövlət nəfinə keçirilsin”.
Məsələ ilə əlaqədar danışan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Qulu Xəlilov müsadirə olunan əmlakların kimə aid olmasının və kimə satıldığının məlum olmadığını bildirib: