Külək getdikcə güclənir - <span style="color:red;">HAVA PROQNOZU
26 iyul 2017 12:30 (UTC +04:00)

Külək getdikcə güclənir - HAVA PROQNOZU

0

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Mülayim şimal-qərb  küləyi  gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə  23-26° isti, gündüz  31-36° isti olacağı gözlənilir.

Bakıda gecə  24-26° isti, gündüz  32-34° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan  aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-75%,  gündüz  50-55 % olacaq.   Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°,Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti yağmursuz olacaq. Lakin günün birinci yarısında  bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə  arabir güclənəcək.

 

Havanın temperaturu gecə  20-25° isti, gündüz  35-39° isti,  dağlarda gecə 13-18° isti, gündüz  22-27° isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar