<b>Sabahın <span style="color:red;">HAVA PROQNOZU : şimşək, yağış</b>
25 iyul 2017 12:14 (UTC +04:00)

Sabahın HAVA PROQNOZU: şimşək, yağış

0

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq.  Arabir güclənən şimal-qərb  küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə  21-24° isti, gündüz  30-34° isti olacaq. Bakıda gecə  22-24° isti, gündüz  32-34° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan  aşağı 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85%,  gündüz 45-55% olacaq. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,

Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz olacaq. Lakin şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə  20-25° isti, gündüz  33-38° isti,  dağlarda gecə 13-18° isti, gündüz  24-29° isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 507

Oxşar yazılar