Azərbaycanda şiddətli istilər davam edəcək
11 avqust 2016 12:42 (UTC +04:00)

Azərbaycanda şiddətli istilər davam edəcək

Avqustun 12-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal küləyi arabir güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 23-26° isti, gündüz 33-38° isti olacağı gözlənilir. Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında isə hava yağmursuz keçəcək, şərq küləyi ayrı-ayrı arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 194
avatar

Oxşar yazılar