Sabah SAT imtahanı keçiriləcək
04 may 2018 09:22 (UTC +04:00)

Sabah SAT imtahanı keçiriləcək

 

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 5-də növbəti SAT imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Lent.az-a daxil olan məlumata görə, mayın 5-də növbəti SAT imtahanı keçiriləcək.

İmtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı keçiddən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/sat/

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478
avatar

Oxşar yazılar