Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi xəbərə görə, sınaq imtahanları abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə respublikanın 28 şəhər və rayonunda keçiriləcək. Aprelin 14-də isə təkrar sınaq imtahanı olacaq. Bu imtahanlara yazılış artıq başa çatıb.
Ümumilikdə 46 binada keçiriləcək imtahanda respublika üzrə 34464 abituriyentin iştirakı nəzərdə tutulub.