Sabah Azərbaycanın bütün məscidlərində moizələr 31 mart soyqırımına, ermənilərin törətdikləri kütləvi qətllərə və təcavüzə həsr olunacaq. APA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bildirib ki, bununla bağlı bütün məscidlərə tapşırıq verib.
Məscidlərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin mahiyyəti barədə məlumatlar veriləcək, soyqırım qurbanlarının ruhuna dualar oxunacaq.