Binəqədi rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. ARDNŞ-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq, martın 29-da saat 10:00-dan 17:00-dək “Sərdarov zavodu” orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Binəqədi rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.