Sabah 4 şəhərdə qəbul imtahanlarında helikopterdən istifadə olunacaq
13 iyul 2013 17:49 (UTC +04:00)

Sabah 4 şəhərdə qəbul imtahanlarında helikopterdən istifadə olunacaq

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sabah keçiriləcək III ixtisas qrupu imtahanlarında helikopterdən istifadə olunacaq şəhərlərin adlarını açıqlayıb. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin Lent.az-a verdiyi məlumata görə, sabah qəbul imtahanları keçiriləcək 11 şəhərdən 4-də helikopterlərdən istifadə olunacaq. Bu şəhərlər Lənkəran, Mingəçevir, Ağcabədi və Şəkidir. Helikopterlər imtahan materiallarının həmin şəhərlərə çatdırılmasını və geri qaytarılmasını təmin edəcək.

 

Qeyd edək ki, bu il TQDK ilk dəfə olaraq ali məktəblərə qəbul imtahanlarının keçirilməsi üçün helikopterlərdən istifadə edəcək. 

 

 

# 2669
avatar

Oxşar yazılar