Sabah 25 dərəcə isti olacaq
04 noyabr 2013 12:40 (UTC +04:00)

Sabah 25 dərəcə isti olacaq

Sabah Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti  gözlənilir.  Mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent. az-a verilən məlumata görə, temperatur gecə 10-13, gündüz 18-23 dərəcə isti olacaq.

 

Bölgələrimizdə  hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

 

Aran rayonlarında havanın temperaturunun gecə 7-12, gündüz 17-22, bəzi yerlərdə 25 dərəcəyədək isti, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti gözlənilir.

 

 

# 971
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar