Rusiyadan gələn avtomaşından silah-sursat çıxdı
16 aprel 2013 18:14 (UTC +04:00)

Rusiyadan gələn avtomaşından silah-sursat çıxdı

Xaçmaz Gömrük İdarəsi “Samur” gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan “FORD TRANZİT” markalı avtomaşına gömrük baxışı keçirilib. Bu barədə Lent. az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Baxış zamanı Gülağa Cəfərova məxsus avtomaşının salonunun arxa hissəsindəki sağ və sol örtüklərin arxasından və salondakı iki ədəd ehtiyat təkərin içərisindən hər biri 250 qram olmaqla 100 qutu “Sokol” markalı barıt, hər qutuda 25 ədəd olmaqla 16 qutu 12/70 kalibrli istifadə olunmamış boş gilizlər, hər qutuda 25 ədəd olmaqla 16 qutu 16/70 kalibrli istifadə olunmamış boş gilizlər, 150 ədəd 16 kalibrli, 30 ədəd 12 kalibrli istifadə olunmuş boş gilizlər, bir qutu piston, bir ədəd “İJ-18” modelli 174689 nömrəli tüfəng, bir ədəd çaxmaq, 2 kq qırma və 50 ədəd 5,6 mm kalibrlik güllə aşkar olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 671

Oxşar yazılar