Roma Papası Françesko məcburi köçkün ailələrindən olan 13-16 yaşlı 15 nəfərdən ibarət şuşalı gənci qəbul edib. Azərbaycanın İtaliyadakı səfirliyindən Lent.az-a verilən məlumata görə, bu görüş İtaliyada keçirilən “Həmrəy Yay Düşərgəsi” adlı humanitar layihə çərçivəsində baş tutub. Bundan başqa, onlar səyahət zamanı İtaliyanın Pometsiya, Neapol, Çerveteri, Roma şəhərlərində və San Marino Respublikasında olublar.
Görüşlərdə Azərbaycan Respublikasının İtaliyadakı səfiri Vaqif Sadıqov və İtaliya-Azərbaycan Assosiasiyasının sədri Paola Kasaqrande də iştirak edib.
Qeyd edək ki, düşərgə Azərbaycanın İtaliyadakı səfirliyi, İtaliya-Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə keçirilib və layihəyə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi dəstək göstərib.