Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi aprelin 1-də keçiriləcək. DİM-dən Lent.az-a verilən məlumata görə, rezidenturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək namizədlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər
Buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32 linkinə daxil olmaq lazımdır.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.