Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat etdi
28 oktyabr 2026 09:23 (UTC +04:00)

Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat etdi

0

Dağıstan Vəkillər Palatasının prezidenti, Rusiya Federal Vəkillər Palatasının (FPA) vitse-prezidenti Akif Beybutov vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Federal Vəkillər Palatasının Telegram kanalında məlumat verilib.

Akif Beybutov 60 yaşında dünyasını dəyişib.

O, 1966-cı ildə Azərbaycanın Qusar şəhərində anadan olub.

2011-ci ilin dekabrında Dağıstan Vəkillər Palatasının vitse-prezidenti, 2014-cü ilin noyabrında isə prezidenti seçilib.

2022-ci ildən Rusiya Federal Vəkillər Palatasının vitse-prezidenti vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 454

Oxşar yazılar