Rəqsanənin qızının videolarını yaydığı müdir işdən çıxarıldı - YENİLƏNİB
1 saylı körpələr evinin müdiri Nəhayət Əliyevanın işdən kənarlaşdırılması təsdiqlənib.
Nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədovanın Lent.az-a verdiyi məlumata görə, hazırda Səhiyyə Nazirliyi baş verən hadisə ilə bağlı araşdırma aparır: "Qanuna əsasən, hansısa vəzifəli şəxs barədə araşdırma aparılanda onun səlahiyyətləri müvəqqəti olaraq dayandırılır. Hazırda araşdırma getdiyinə görə N. Əliyevanın səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir”.
"Ola bilərmi ki, araşdırmalar zamanı müdirin təqsirli olduğu sübut edilməsin və o, yenidən vəzifəsinə bərpa edilsin?" sualına isə S.Əhmədova cavab verib ki, araşdırma zamanı hər şey ola bilər.
***
11:32
Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evi ətrafında yaranan qalmaqaldan sonra müəssisənin müdiri Nəhayət Əliyeva işindən kənarlaşdırılıb.
Lent.az-ın BAKU.WS-ə istinadən xəbərinə görə, onun səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, baş verən hadisə ilə bağlı araşdırmalara başlanılıb. Araşdırmalar aparıldığı müddətdə Nəhayət Əliyeva vəzifədən kənar qalacaq.
Qeyd edək ki, bir müddət əvvəl müğənni Rəqsanənin qızı Aysun körpələr evindən oğurluq olması iddiası ilə bağlı görüntüləri sosial şəbəkədə yaymışdı.
450