Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov test imtahanlarında 695 bal toplayan 2 abituriyenti qəbul edib. Məktəbdən Lent. az-a verilən məlumata görə, E. Qasımov 1-ci qrup ixtisası üzrə ən yüksək nəticə əldə edən Binəqədi rayonu 244 saylı məktəbin məzunu Sevinc Sakit qızı Qafarlı, Nərimanov rayonu 45 saylı məktəbin məzunu Zümrüd Yunis qızı Nəbiyeva və onların valideynləri ilə görüşüb.
Rektor abituriyentlərin məhz bu məktəbi seçdiklərinə görə, onlara və valideynlərinə minnətdarlığını bildirib, sonra ali təhsil müəssisəsinin yaranma tarixi, onun qarşısında duran vəzifələr, təhsil ocağında həyata keçirilən tədris proqramlarının özəllikləri, tədrisin təşkili haqqında ətraflı məlumatlar verib.
Abituriyentlərə qiymətli hədiyyələr təqdim olunub.