Azərbaycan Dil Qurumu İctimai Birliyi Prezident yanında QHT Şurasının dəstəyi ilə paytaxtdakı elan, reklam lövhələri və çarxlarının dil normaları baxımından monitorinqini aparacaq. Lent.az-ın məlumatına görə, monitorinq iyunun 20-dək davam edəcək.
Araşdırmanın nəticəsi mətbuata açıqlanacaq və aşkarlanan nöqsanların aradan qaldırılması üçün reklam şirkətlərinə müraciətlər göndəriləcək.