Regional təhsil idarələrinin yaradılması təxirə salındı
16 oktyabr 2014 13:58 (UTC +04:00)

Regional təhsil idarələrinin yaradılması təxirə salındı

 

2015-ci ilin yanvarın 1-dən regional təhsil idarələrinin yaradılması təxirə salınıb. Lent.az-ın xəbərinə görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov bildirib. O qeyd edib ki, Milli Məclisə təqdim olunan gələn ilin dövlət büdcəsində müvafiq vəsait nəzərdə tutulmadığı üçün 2015-ci ilin yanvarın 1-dən regional təhsil idarələrinin islahatı prosesi-yaradılması təxirə salınıb. Onun sözlərinə görə, növbəti ildə də rayon təhsil şöbələri bu il tətbiq edilən sistem şəklində çalışacaq: “Bakı Şəhəri üzrə Təhsil İdarəsində struktur islahatları davam etdiriləcək. Yerlərdə olan təhsil şöbələrinin tabeliyində olan məktəblərdə isə təhsil nazirliyinin səlahiyyətində olan bütün fəaliyyətlər indi də həyata keçirdiyimiz şəkildə davam etdiriləcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6119

Oxşar yazılar