Region qadınları uğurlu karyeranı necə qura bilərlər?
16 may 2013 10:47 (UTC +04:00)

Region qadınları uğurlu karyeranı necə qura bilərlər?

“Region gənclərinin könüllülük təşəbbüslərinə dəstək” layihəsinin icrasına başlanıb

 

 

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region gənclərinin könüllülük təşəbbüslərinə dəstək” layihəsinin icrasına başlayıb.

 

Lent.az-ın verdiyi məlumata görə, layihənin məqsədi özünə düzgün yol seçməkdə, totalitar rejimdən bütün cəmiyyətə miras qalmış ziyanlı stereotiplərdən azad olmaqla, karyera pilləkənləri ilə irəliləməkdə, özünü dərk etməkdə, öz potensialını düzgün qiymətləndirməkdə, özünə harmonik inkişaf yolları tapmaqda qadınlara kömək etməkdir.

Layihə Kürdəmir, Ucar, Yevlax rayonlarının ucqar kəndlərində həyata keçiriləcək. Layihə həyata keçirildiyi müddətdə layihə heyətinin məqsədi iş axtaran qadınları özünü tanımadan başlayaraq birinci iş günü ilə bağlı məsləhətlərə qədər karyera yolu boyunca səyahətə aparmaqdır. İş axtarmasında onlara yardım etmək üçün yol boyu müxtəlif maraqlı təlimlər, sorğular, müzakirələr, çalışmalar, treninqlər, testlər keçiriləcək. Layihə çərçivəsində benefisiantlara maarifləndirici nəşrlər (buklet, broşur, posterlər) də hazırlanıb paylanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 475
avatar

Oxşar yazılar