Rayonlara güclü qar yağıb
05 mart 2013 12:55 (UTC +04:00)

Rayonlara güclü qar yağıb

Ölkə ərazisinin bəzi yerlərində yağan qarın hündürlüyü 26 sm-ə çatıb. Lent.az-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumatda deyilir ki, martın 4-ü günün ikinci yarısından başlayaraq 5-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit, güclü küləkli və yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.
 

 

Ən çox düşən yağıntının miqdarı - Sarıbaşda (Qax) 36.0 mm, Zaqatalada 26.0 mm, Ağstafada 12.0 mm, Rvarudda (Lerik) 8.0 mm, Gədəbəy, Göygöl, Ağdərədə (Ordubad) 6.0 mm, Kişçay (Şəki), Mərəzə, Şəkidə 5.0 mm, Gəncə, Ceyrançöl, Tovuzda 4.0 mm, Naxçıvan, Daşkəsən, Oğuz, Şamaxı, Mingəçevirdə 3.0 mm, Quba, Yardımlı, Sabirabad, Şahbuz, Culfada 2.0 mm, Tərtər, Yevlax, İmişli, Kürdəmir, Cəfərxan, Qazıməmməd, Neftçala, Lənkəran, Astara, Göytəpə, Şərur, Ordubad, Naftalan, Şəmkir, Xaçmazda, eləcə də Bakıda və Abşeron yarımadasında 0.0-1.0 mm olub.


Qar örtüyünün hündürlüyü - Sarıbaşda 26 sm, Ağdərədə 12 sm təşkil edib.
 

Küləyin sürəti - Qərb küləyi Naftalanda 30 m/s, Bərdədə 27 m/s, Daşkəsəndə 25 m/s, Tərtərdə 24 m/s, Xaçmaz, Göytəpə, Lənkəranda 20 m/s, Altıağacda 19 m/s, Yevlaxda 16 m/s təşkil etmiş, Abşeron yarımadasında və Abşeron Dəniz rayonunda 19-25 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4.6 metrə çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2789
avatar

Oxşar yazılar