Ramil Usubov Şəkiyə gedəcək
28 avqust 2014 14:39 (UTC +04:00)

Ramil Usubov Şəkiyə gedəcək

Avqustun 30-da daxili işlər naziri, general-polkovnik Ramil Usubov Şəkidə vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbulda Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ rayonlarının sakinlər iştirak edə bilərlər.

 

Qeyd olunan rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifəsində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idmançı cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli şəxslər də qəbulda iştirak edə bilərlər.

Qeyd edək ki, qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Boyu 180 santimetrdən aşağı olan vətəndaşların işlə təmin olunmaları ilə əlaqədar müraciətlərinə baxılmayacaq

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 796
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar