Ramil Usubov polis olmaq istəyənləri qəbul edəcək
23 iyun 2014 17:35 (UTC +04:00)

Ramil Usubov polis olmaq istəyənləri qəbul edəcək

 



Daxili işlər naziri general-polkovnik Ramil Usubov Quba Rayon Polis Şöbəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinləri qəbul edəcək. DİN Baş Kadrlar İdarəsindən Lent.a-a verilən məlumata görə, qəbulda polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli vətəndaşlar iştirak edə bilərlər.

 

Qeyd edək ki, qəbula gələn şəxslər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Boyu 180 santimetrdən aşağı olan vətəndaşlar işlə təmin olunmaları ilə əlaqədar qəbul edilməyəcəklər.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1111

Oxşar yazılar