Ramil Usubov Lənkəranda vətəndaşları qəbul edib
21 sentyabr 2013 18:46 (UTC +04:00)

Ramil Usubov Lənkəranda vətəndaşları qəbul edib

 

Bu gün daxili işlər naziri Ramil Usubov Lənkəran şəhərində qəbul keçirib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik rayonlardan olan sakinləri qəbul edən nazir onların müraciətlərini dinləyib, qaldırılan məsələlərin operativ şəkildə həll edilməsi üçün konkret tapşırıqlar verib.


Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb. Polis fəaliyyətinə aid olmayan ərizələrin aidiyyatı üzrə digər dövlət orqanlarına göndəriləcəyi və onlara mövcud qanunvericiliyə uyğun şəkildə baxılacağı nəzərə çatdırılıb. Sakinlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə görə dövlət başçısına minnətdarlıq edib, onun ölkəmizin bütün sahələrdə daha da qüdrətlənməsinə, beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsinə yönəlmiş məqsədyönlü daxili və xarici siyasət kursunu hər zaman müdafiə edəcəklərini bildiriblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1293
avatar

Oxşar yazılar