Ramil Usubov Lənkərana gedəcək
24 sentyabr 2014 13:00 (UTC +04:00)

Ramil Usubov Lənkərana gedəcək

Sentyabrın 27-də, saat 12:00-da daxili işlər naziri, general-polkovnik Ramil Usubov Lənkəran Şəhər Rayon Polis Şöbəsində vətəndaşları qəbul edəcək. DİN Baş Kadrlar İdarəsindən Lent.az-a verilən məlumata görə, qəbulda polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik rayon sakinləri iştirak edə bilərlər.

 

Qəbula gələn şəxslər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 794
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar