Ramazanın on beşinci gününün duası
30 may 2018 21:00 (UTC +04:00)

Ramazanın on beşinci gününün duası

Bu gün müqəddəs ramazan ayının on beşinci günüdür.

 

Lent.az bu günün duasını sizlərə təqdim edir.

 

Allahım bu ayda mənə özlərini Sənin qarşında kiçildən müti insanların itaətini nəsib et, qəlbimi tövbə etmək üçün Sənin qarşında itaətkar və təvazökar olanların tövbələrində olduğu kimi aç, pənah verməyinə xatir ey qorxanların sığınacağı!

 

İmsak duası:

 

“Ya Rəbbim indi nə qədər sahura qalxan mömin varsa onların niyyətini qəbul et. Qalxmayanlara da niyyət nəsib et Rəbbim”

 

 

Orucu açan zaman oxunan dua:

 

 

 “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

 

 “Allahım! Sənin üçün oruc tutdum. Sənə iman etdim. Sənə güvənib dayandım. Ruzinlə iftar etdim. Bizdən bunu qəbul et. Şübhəsiz Sən, hər şeyi eşidən və bilənsən”

 

 “Susuzluq getdi. Damarlar islandı. İnşallah savab sabit oldu”

 “Ey bağışlaması bol olan Allahım! Məni, ana-atamı və bütün möminləri hesab günündə mağfirət et”

 

Allah dualarınızı qəbul etsin!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 287
avatar

Oxşar yazılar