Ramazan ayının ikinci gününün duası
17 may 2018 21:00 (UTC +04:00)

Ramazan ayının ikinci gününün duası

Bu gün müqəddəs ramazan ayının ikinci günüdür.

 

Lent.az bu günün duasını sizlərə təqdim edir.

 

 

Allahım, məni bu ayda öz razılığına yaxınlaşdır. Məni bu ayda öz qəzəb və intiqamından uzaqlaşdır, ayələrini oxumağa nail et, rəhmətin xatirinə ey, mehribanların ən mehribanı!

 

 

İmsak duası:

 

“Ya Rəbbim indi nə qədər sahura qalxan mömin varsa onların niyyətini qəbul et. Qalxmayanlara da niyyət nəsib et Rəbbim”

 

 

Orucu açan zaman oxunan dua:

 

 

 “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

 

 “Allahım! Sənin üçün oruc tutdum. Sənə iman etdim. Sənə güvənib dayandım. Ruzinlə iftar etdim. Bizdən bunu qəbul et. Şübhəsiz Sən, hər şeyi eşidən və bilənsən”

 

 “Susuzluq getdi. Damarlar islandı. İnşallah savab sabit oldu”

 “Ey bağışlaması bol olan Allahım! Məni, ana-atamı və bütün möminləri hesab günündə mağfirət et”

Allah dualarınızı qəbul etsin!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1899
avatar

Oxşar yazılar