Rabitə xidməti: 5 pillə irəlidə
11 aprel 2013 17:11 (UTC +04:00)

Rabitə xidməti: 5 pillə irəlidə

Dünya İqtisadi Forumu (DİF) informasiya texnologiyalarının inkişafına dair yeni hesabat (Global Information Technology Report 2013) açıqlayıb.

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Hiperbağlantılı dünyada iqtisadi artım və məşğulluq” adlı hesabatda dünyanın 144 ölkəsi üzrə Şəbəkə Hazırlığı İndeksi (NRI) də öz əksini tapıb.

 

Azərbaycan   61-ci yerdən  56-cı yerə yüksəlib. DİF ekspertləri qeyd edirlər ki, reytinqdə mövqeyi ildən-ilə yaxşılaşan Azərbaycan, bir sıra ölkələr kimi informasiya-kommunikasiya texnologiyalarının (İKT) potensialını anlayıb və iqtisadiyyatın şaxələndirilməsi üzərində çalışır. İKT xidmətlərindən istifadə qiymətlərinə görə ölkə 20-ci yeri tutub. Həmçinin analitiklər genişzolaqlı rabitə (53-cü yer) və genişzolaqlı mobil rabitə (50-ci yer) abunəçilərinin sayının  artmasını vurğulayıblar.

 

Bundan başqa, Azərbaycan internet istifadəçilərinin (ümumi reytinqdə 56-cı yer) sayına görə MDB və region ölkələri arasında liderlik mövqeyini də qoruyub və 23 dünya ölkəsi ilə birlikdə əhalisini 100 faizlik mobil siqnalla əhatə edən ölkələrdən biri olub. 

# 623
avatar

Oxşar yazılar