Quba və Xaçmaz rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
Lent.az-ın məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən xəbərə görə, təmir işləri ilə əlaqədar olaraq, 17 may tarixdə saat 09:00-dan saat 17:00-dək “Quba” Qazpaylayıcı Stansiyasından qidalanan “Quba ölçü qovşağı”nda, saat 10:00-dan 17:00-dək isə “Xaçmaz” Avtomatik Qazpaylayıcı Stansiyasından Xaçmaz rayonuna gedən qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Quba şəhərinə və Xaçmaz rayonunun bütün yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.