Qorunan təbiət ərazilərinin sahəsi 2,5 dəfə artıb
06 mart 2013 20:42 (UTC +04:00)

Qorunan təbiət ərazilərinin sahəsi 2,5 dəfə artıb

 

2007-2012-ci illər ərzində 20 rayonun ümumi əhalisi 400 mindən artıq olan 221 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular istismara verilib. APA-nın xəbərinə görə, Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi 2012-ci il üzrə hesabatda qeyd olunur ki, xüsusi mühafizə olunan təbiət əraziləri respublika ərazisinin 10,3 faizini təşkil etməklə 892,5 min hektara çatdırılıb və 2003-cü illə bu ərazilərin sahəsi 2,5 dəfə artıb.

 

Prezidentin Bakı və onun ətrafında 3 milyon ağacın əkilməsi barədə təşəbbüsü çərçivəsində genişmiqyaslı işlər aparılıb. 2012-ci il ərzində 10,5 min hektar sahədə meşə-bərpa tədbirləri, o cümlədən 3,1 min hektar sahədə meşə əkini və səpini işləri yerinə yetirilib. Meşələrin təbii bərpasına kömək tədbirləri isə 7,5 min hektar sahədə aparılıb. Həyata keçirilən tədbirlər nəticəsində meşə ilə örtülü sahələr, 2002-ci illə müqayisədə 0,4 faiz artaraq ölkə üzrə ümumi sahənin 11,8 faizini təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 610
avatar

Oxşar yazılar