QMİ Ramazan ayının başlanması ilə bağlı fikir ayrılığına aydınlıq gətirib
08 iyul 2013 15:48 (UTC +04:00)

QMİ Ramazan ayının başlanması ilə bağlı fikir ayrılığına aydınlıq gətirib

“Ramazan ayının ilk gününün başlanması tarixinin bir daha dəqiqləşdirilməsi ilə bağlı Şamaxı Astrofizika Rəsədxanası ilə yenidən danışıqlar aparmışıq”. Lent.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının iclasında Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
 

Onun sözlərinə görə, AMEA-dan bildirilib ki, sabah yeni ayın görünməsi ehtimalı daha çoxdur. Ramazan ayının başlanması tarixinin dəqiqliyi ilə bağlı bir qədər boşluq və çətinliyin yarandığını diqqətə çatdıran A. Paşazadə deyib ki, ayın görünməsi Allahın işidir və bu işə qarışmaq olmaz: “Mən özüm sabah ehtiyat orucu tutacam. Kiminsə orucu sabahdan, yaxud birisigündən tutması ilə bağlı heç bir məcburiyyət yoxdur. Yəni oruc tutmaq istəyənlər iyulun 9-u və 10-dan başlaya bilərlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1628

Oxşar yazılar