QHT Şurası 5 yaşını qeyd edir
16 aprel 2013 19:22 (UTC +04:00)

QHT Şurası 5 yaşını qeyd edir

Əli Həsənov: “QHT-ləri narahat edən məsələləri həmişə hökumətin diqqət mərkəzindədir”

 

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının 5 illiyi münasibətilə mərasim keçirilib.

 

Lent.az-ın verdiyi məlumatına görə, tədbirdə Şuranın 5 illik fəaliyyətini əks etdirən kitabın və filmin təqdimatı olub. Şura sədri Azay Quliyev bildirib ki, təmsil etdiyi qurum Azərbaycan Prezidentinin 13 dekabr 2007-ci il tarixli fərmanı ilə yaradılıb, 2008-ci il aprelin 16-dan Şura üzvlərinin təyin olunması ilə fəaliyyətə başlayıb. Quliyev qeyd edib ki, ötən 5 il ərzində Şura Azərbaycan cəmiyyəti, hökuməti və QHT-ləri qarşısında öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyə çalışıb. Onun sözlərinə görə, Şura indiyə qədər 1500-dən artıq layihəni dəstəkləyib, keçirilən proqramlar çərçivəsində 2000-ə yaxın təlim keçirilib, 21 film, 67 elektron resurs yaradılıb, 152 kitab nəşr edilib. Azay Quliyev ötən 5 ili Şuranın fəaliyyətini beynəlxalq standartlara uyğun qurulması, QHT-lərə dövlət dəstəyinin həyata keçirilməsi baxımdan uğurlu saydığını bildirib.

 

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov dövlətin vətəndaş cəmiyyəti institutlarına qayğısı və diqqəti haqqında danışıb. Onun sözlərinə görə, Şura QHT-lərlə vətəndaş cəmiyyəti institutları arasında mühüm bir əməkdaşlıq körpüsünə çevrilib. Ə. Həsənov QHT-hökumət tərəfdaşlığı və dialoqunun daim davam etdirilməsini vacib sayıb. O, QHT-ləri narahat edən məsələləri həmişə hökumətin diqqət mərkəzində olduğunu qeyd edib.  

 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bu illər ərzində Azərbaycan QHT-ləri ilə Avropa birliyinin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirildiyini və Şərq Tərəfdaşlığı proqramı çərçivəsində QHT əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

 

Milli QHT Forumunun Prezidenti Rauf Zeyni 5 il ərzində Şura-QHT əməkdaşlığının yüksək səviyyədə təşkil olunduğunu və Şuranın QHT-lərdən gələn dəyərli təşəbbüsləri dəstəklədiyini söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 735
avatar

Oxşar yazılar