QHT-lərə Dövlət Dəstəyi Şurasına 5 milyon manat ayrıldı
01 may 2013 18:52 (UTC +04:00)

QHT-lərə Dövlət Dəstəyi Şurasına 5 milyon manat ayrıldı

Dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncama əsasən yerli və xarici qeyri-hökumət təşkilatları tərəfindən sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanıdılması, qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq məhkəmələrdə müdafiəsi, ksenofobiya və islamofobiya təzahürlərinə qarşı mübarizə, insan hüquq və azadlıqlarının qorunması, vətəndaşların ictimai fəallığının artırılması, seçki prosesinin şəffaflığının təmin olunması və digər istiqamətlərdə təqdim edilən layihələrin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrılıb.
 

Sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində bu sərəncamla ayrılmış vəsaitin 5 yüz min manatını Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, ştat vahidləri sayının və işçilərinin aylıq vəzifə maaşlarının artırılmasına yönəltsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin.
 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 854
avatar

Oxşar yazılar