Sabah Azərbaycanda bəzi yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
23 noyabr 2017 12:42 (UTC +04:00)

Sabah Azərbaycanda bəzi yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

0

Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın buludlu  olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 10-12° isti olacağı gözlənilir.

 

Noyabrın 24-25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq, bəzi yerlərdə intensiv  olacaq. Şimal-qərb küləyi  arabir güclənəcək. 

 

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

 

Nazirlik xəbərdarlıq edir ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti noyabrın 25-i gündüzədək davam edəcək. Arabir yağış,  dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə yolların buz bağlayacağı  ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə  arabir güclənəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 437

Oxşar yazılar