Qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair ilkin layihə müzakirə olunub
16 aprel 2013 13:44 (UTC +04:00)

Qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair ilkin layihə müzakirə olunub

Bu gün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2013-2020-ci illəri əhatə edən Milli Strategiyanın ilkin layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib. Lent.az xəbər verir ki, Mərkəzin direktoru Ceyhun Məmmədov bildirib ki, layihənin məqsədi qeyri-infeksion xəstəliklərlə bağlı vaxtından əvvəl ölümün qarşısının alınması və bu xəstəliklərin yükünün azaldılması ilə əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılması, həyat davamlılığının uzadılması, ölkənin əmək ehtiyatlarının və iqtisadi potensialının artmasına nail olmaqdır: “Bu strategiya Azərbaycanda qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə 2013-2020-ci illər üçün ümumi strateji çərçivəni müəyyən edən sənəddir. Strategiyanın həyata keçirilməsi QİX-lə bağlı vaxtından əvvəl ölümün azalmasına və xəstəliklər yükünün əhəmiyyətli dərəcədə ixtisarına imkan yaradacaq. Strategiyanın məqsədi birgə və inteqrasiya olunmuş tədbirlər vasitəsilə QİX-lə bağlı vaxtından əvvəl ölüm hallarını 10 faiz azaltmaqla əhalinin sağlamlığını yaxşılaşdırmaqdır. 2020-ci il üçün hədəflər kişilər arasında tütün istifadəsinin 10%, eyni zamanda, duz və turşu istehlakının 5% azaldılmasına, piylənmə və şəkərli diabetin yayılmasında artımın olmamasına nail olmaqdır”.

Daha sonra Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı ofisinin rəhbəri Kamran Qaraxanov, ÜST-nin məsləhətçisi Sevil Əsədova, beynəlxalq ekspert Xose Moreno və digər qonaqlar mövzu ətrafında çıxış edib və qarşılıqlı fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 517

Oxşar yazılar