Nərgizava nekropolunda aparılan arxeoloji tədqiqatlar yeni faktlar ortaya çıxarıb. 2, 3 və 4-cü əsrlərə aid qədim insanlarda xərçəng xəstəliyi aşkarlanıb.
Lent.az ARB TV-yə istinadən xəbər verir ki, Ağsunun Gəgəli kəndindəki Nərgizava nekropolunda, 70 kvadratmetr ərazidə aparılan yeni arxeoloji kəşfiyyat qazıntısı zamanı xərçəng xəstəliyinin izinə rast gəlinib.
AntropoloqVüsal Həsənov bildirib ki, sümüklərdə xəstəliklərin izləri aşkar olunub:
“Məsələn, bir insana aid bud sümüyündə ostisakoma deyilən sümük xərçəngi aşkar olunmuşdu. Biz demək olar ki, bu materialları həm insanlara həm də heyvanlara aid skelet materialları arxelogiya-etnoqrafiya insitutunun laboratoriyasına götürəcəyik”.
Gəgəli kənd sakini Sahib Mirzəyevin həyətyanı sahəsində yerin 40 sm dərinliyindən başlayaraq çıxan qarışıq materiallar və insan skeletləri əraziyə yaxın yerdə qədim insan məskəninin olduğunu da ehtimal edir.
Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli isə hesab edir ki, yaşayış yeri bu qəbiristanlıqdan nisbətən cənub ərazidədir. Yaşayış yerinin aşkar olunması Nərgizava abidəsinin əhəmiyyətinin artıracaq”
Akademik Vəli Əliyevin sözlərinə görə, Nekropola yaxın bir yerdə hardasa yaşayış yeri tapılmalıdır. Və onda bu dəyərli abidənin Azərbaycan tarixinə, Şirvan tarixinə yeni səhifələr yazmağa imkan verəcək.
Tarixçi alimlərin sözlərinə görə, Nərgizavada arxeoloji tədqiqatlar davam etdirildikcə, başqa sirlər də üzə çıxacaq.