Qeydiyyat başladı
01 may 2013 11:59 (UTC +04:00)

Qeydiyyat başladı

Bu gündən etibarən 2013-2014-cü tədris ili üçün ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qabiliyyət imtahanına qeydiyyat başlayıb. Bu barədə Lent. az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Məlumatda qeyd olunur ki, qeydiyyat mayın 20-dək davam edəcək. Abituriyent  elektron ərizəsini rəsmiləşdirməli, öz elektron ərizəsinə daxil olaraq "Qabiliyyət imtahanlarına qeydiyyat vərəqi"ni çap etməli,  sonra seçdiyi ixtisasa müvafiq Qabiliyyət İmtahanı Komissiyasında seçmə turda iştirak etməlidir. 

Qeyd edək ki, Musiqi sənəti, Təsviri sənət, Teatr, kino və xoreoqrafiya sənəti  üzrə qabiliyyət imtahanı iyulun 18-24-də, Memarlıq və dizayn  üzrə  25 iyul - 1 avqustda, İdman üzrə 31 iyul - 12 avqustda keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1288

Oxşar yazılar