Qeybə çəkilən döyüşçü danışır: “Məni morqa atdılar...” – ŞOK HEKAYƏT
28 oktyabr 2013 17:06 (UTC +04:00)

Qeybə çəkilən döyüşçü danışır: “Məni morqa atdılar...” – ŞOK HEKAYƏT

“Yox, yox, nə danışırsan. Anamı? Nə üçün? Gəldi, görüşdük, bəs sonra? Sonra yenə gedəcək? Bilirsən onu görsəm nə olacaq? Sən təsəvvür edirsən? Mən dəli olaram! Havalanaram! Anam, yazıq anam…”

 

Kövrəlir.

 

Gözləri dolur, əlləri əsir, otağa ölü sükut çökür...

 

Və…

 

Və eləcə, havaya, sonsuzluğa, uzaqlara baxır. Susur, susur, susur…

 

 

əvvəli: http://news.lent.az/news/142470

 

Demək, Çeçenistan. Bax, bunu gözləmirdik. Necə ola bilər axı? Adam evdən çıxıb və deməyibmi hara gedir? Bunu Jenya bizə izah edəcəkdi. Amma hələ ki onun evindən, daha doğrusu, doğulub boya-başa çatdığı şəhərdən danışaq, Obluçye şəhərindən. Əslində, şəhər demək də olmaz bura. Son siyahıya almaya görə, vur-tut 9379 nəfər əhalisi var. Çindən axıb gələn Xinqan çayının sahilində, Transsibir magistralının üstündə yerləşir. Vəssalam. Bu şəhərdə doğulub, boya-başa çatıb qəhrəmanımız. Atasını erkən itirib. Anası Zinaida Yeqorovna böyüdüb onu, bacısını və kiçik qardaşını. Sürücülük məktəbində oxuyub. Sovet ordusunda xidmət edib. Elə ordudan sonra da sürücülük edirmiş. Bazarda çalışan azərbaycanlılara mal daşıyırmış.

 

- Orda azərbaycanlı çox idi. Sizinkilərlə elə ilk gündən alındı münasibətimiz. Xüsusən də Cəlalla. Anama nə dedim? Dedim Qafqaza gedirik istirahətə. Soruşdu ki, hansı pulla? Dedim, dostlarım aparır, onlar dəvət ediblər. O uşaqlar da bizim evdə çox olmuşdular. Anamı çox istəyirdilər. Elə anam da onların qulluğunda dururdu. İnandı yazıq arvad. Mən ilk dəfə idi ki, onu aldadırdım. İlk dəfə… (Bunu deyib yenə kövrəlir, əlləri əsir, gözlərini məchul bir nöqtəyə çevirir…)

 

***

 

Bu arada isə Momotlar ailəsinin axtarışına ara vermirdik. Əlimizdə onların hazırda Amursk şəhərində yaşadığını təsdiq edən vur-tut bircə qeyd vardı. Amma nə küçə adı, nə də hansısa ev nömrəsi. Bizi əslində sırf bir təsadüf xilas etdi. Hə, təsadüf. Jenyanın hərbi biletindəki bir qeyd. İlk baxışdan gözə görünməyən bircə söz – Obluçye. 31 il bundan əvvəl ona verilmiş, artıq içindəki yazıları da pozulmuş, Qarabağ kimi müharibə belə görmüş hərbi biletdə karandaşla “Obluçye” yazılmışdı.

 

İnternetdə “Obluçye” yazıb axtarışa veririk. Axtarış sistemi kompüterin monitoruna yüzlərlə “Obluçye” tapıb gətirir. Ən uyğunu isə Amur vilayətində yerləşən eyni adlı şəhər idi. Və dərhal da bu şəhərin icra strukturlarından tutmuş, hüquq mühafizə orqanlarınadək müxtəlif koordinatları arayırıq. Bakıyla 7 saatlıq saat fərqi bir yana, əslində verdiyimiz suala da etinasız yanaşırdııar. “Araşdırarıq, bu şəhərdə Momotlar ailəsi yaşayırsa, sizə xəbər edilərik”. Bir sözlə ənənəvi, hər yerdə olduğu kimi bürokratiya.

 

Amma axtarışa ara vermədik.

 

Və… yenə kiçik bir təsadüf diqqətimizi cəlb etdi. Obluçye şəhər administrasiyasına aid olan kiçik bir xəbər bizə ip ucu verdi. Adidən də adi bir xəbərdə şəhər rəhbərliyinin hansısa fond tərəfindən imkansız ailələrə sosial yardımından bəhs edirdi. Xəbərdə yardım alan imkansız ailələrin adları çəkilirdi. Yardım alanların arasında Momotlar da vardı…

 

 

***

 

- Məni morqa atmaq istəyiblər. Elə biliblər daha ölmüşəm, elə morqun qapısından geri, əməliyyat stoluna qaytarıbar. Tibb bacısı duyuq düşübmüş. Görüb ki, alnım tərləyib…(Ağlamsınır. Bir təhər sakitləşdiririk. Qocalar Evinin bizi müşaiyət edən tibb bacısı və sanitar xanımı isə deyəsən sakitləşdirə bilmirik – S.M.) Heç həmin tibb bacısının kimliyini belə bilmirəm. Sonra da vəziyyətim elə ağır oldu ki, maraqlana bilmədim onun kimliyi ilə. Məni əməliyyat stoluna alıblar. Ondan sonrası da belə…

 

Nə həmin tibb bacısının adını xatırlayır, nə də onu əməliyyat edən həkimi. Doğrusu, müharibədən ümumiyyətlə danışmaq istəmir. Elə keçmişi də az xatırlamağa çalışır. Arada bir xəfif gülərək onu deyir ki, hərdən qızlar yadına düşür. Qızları yox ha, sevdiyi, dostluq etdiyi rəfiqələri.

 

...Amma onu bir nəfər xatırlayır.

 

Bu, “Ağdam” qəzetinin baş redaktoru Baxşeyiş Abbasoğludur. Baxşeyiş müəllim Jenyanın vuruşduğu batalyonda olub və qəhrəmanımızı dərhal xatırladı:

 

- Yadımdadı, indiyə qədər yadımdadı, səhv eləmirəmsə iki nəfər idilər. Yevgeni niyə daha çox yadımda qalıb? Çox yaxşı pulemyotçu idi. Çox sərrast. Özü də intizamlı əsgər idi. O da yadımdadır ki, təxminən iki ay vuruşdu onlar. Sonra Jenya yaralandı. Yenə qayıdıb gəldimi? Vallah, həmin ərəfədə Ağdam işğal olundu deyə aləm qarışmışdı bir-birinə. Orasını xatırlamıram. Amma yaralanmağı dəqiqdir. Ondan sonra bu adamı cəbhədə, səngərdə görmədim. Dedim yəqin çıxıb gedib vətənəninə, Rusiyaya…”

 

 

Amma getməyibmiş. Və təəssüf ki, aldığı ağır yarının ucbatından deyəsən ümumiyyətlə vətənə gedib çıxmaq ona nəsib olmayacaq. Əvəzində biz gedəcəkdik. Bu barədə bir az sonra.

 

 

***

 

Obluçye şəhər admistarsiyasının KİV-lə ləqələr şöbəsinin müdiri Alina Popova da Bakıdan zəngimizə qəribə reaksiya verdi: “Bakıdakı həmkarlarıma nə ilə yardımçı ola bilərik?”

 

Biz Jenyanın bütün hekayətini ona danışırıq. Bütün danışıq boyu dəstəyin o başından ancaq və ancaq bu kəlmələr eşdilir: “Siz nə danışırsınız? Bu dəhşətdir. Ola bilməz…” Alina Yakovlevna sona qədər diqqətlə dinləyir. Və 10 dəqiqə sonra zəng etməyi xahiş edir. Çünki ərazi idarəetmə şöbəsindən Momotların Obluçyedə yaşayıb-yaşamadığını dəqiqləşdirməlidi.

 

Təxminən 20 dəqiqədən sonra yenidən zəng edir:

 

- Hə, düz deyirsiniz, Momotlar Obluçyedə yaşayırlar. Bu, çox nadir familiyadır. Axtardığınız ailə və onların bütün qohumları bu şəhərdə və Amurskda yaşayırlar. Siz gəlin, nə kömək lazımdı edəcəyik. Bu bizim telekanalların da böyük marağına səbəb olacaq. Gözləyəcəyik.

 

- Təşəkkür edirəm.

 

- (Sözümü kəsir) Cavan oğlan, bir dəqiqə, bayaq dediniz ki, Momotların onun sağ olduğundan xəbərləri yoxdur?

 

- Yox.

 

- (Susur) Nə bilim, heç təsəsvvür edə bilmirəm ki, necə olacaq. Dəhşətdir…

 

***

 

Zaman, 28 oktaybar, saat 10.

Məkan, Moskva.

 

Orda Obluçyedə axşam saat 5-dir.

 

Alina Popovanı təkrar arayırıq.

 

Yəqin Rusiya mobil nömrəsindən zəng vurduğumuzu görüb deyir:

 

- Siz artıq burdasız?

 

- Yox, Moskvadayam. Gecə olacam Xabarovskda, ordan da Obluçyeyə.

 

- Mən şəhər rəhbərliyi ilə də danışdım. Təsəvvür etməzsiniz necə böyük maraq var. Onun indiki vəziyyətdə şəkli varmı sizdə?

 

- Var, nə olub ki?

 

- Bilirsiz? Nə isə… Sağ-salamat gəlin. Burda hər şeyi başa salacam. Hər şeyi…

 

 

***

 

 

Gedirik. Bu heyrətamiz hekayətin ardınca. Mən bilmirəm Alina mənə nəyi başa salacaq, nə deyəcək, məni hansı sürprizlər gözləiyr. Hələ Xabarovska 9 saatlıq yol qalıb, özü də təyyarəyələ. Amma indidən bunun həyəcanını yaşayırıq.

 

İnanılmazdı, bilirəm, damarlarda qan donduracaq bir xəbərdi, onu da bilirəm. Və bildiyim bir də odur ki… Hə, məhz budur! Bu xəbəri, oğlunun hələ də yaşadığını anasına Zinaida anaya necə deyəcəyik? Bu da heç son deyil. Ən dəhşətlisi odur ki, ümumiyyətlə onu inandıra biləcəyikmi? 21 il keçib...

 

Bütün bu həyəcanı birgə yaşyaycağıq, bu heyrətəamiz hekayətin ardını Lent.az-da birgə izləyəcəyik. Odur ki…

 

Getdik…

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3701
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar