Reklam bazarında böhran : “20-30 illik şirkətləri sıradan çıxarırlar ”
14 oktyabr 2025 16:56 (UTC +04:00)

Reklam bazarında böhran: “20-30 illik şirkətləri sıradan çıxarırlar

0

Xəbər verdiyimiz kimi “Sədərək” Ticarət Mərkəzində yerləşən bəzi reklam qurğularının sökülməsi tərəflər arasında insident yaradıb. Mərkəzin mühafizəçiləri Dövlət Reklam Agentliyinin əməkdaşlarını döyərək, ərazidən uzaqlaşdırmağa çalışıblar.

Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, Azərbaycan reklam işinin qurucusu Cahid Həsənov Lent.az-a açıqlamasında bildirib ki, bu kimi hadisələrin olması gözlənilən idi:

“Belə hallar hər gün baş verir. Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) nəzarət hüququ yalnız açıq hava məkanına aiddir, çünki bu gün nə nəqliyyatda, nə qoruqlarda, nə mediada, nə də, sosial mediada onların nəzarəti mexanizmi yoxdur. Görünən işlər onu deməyə əsas verir ki, yaxşı ki, həmin sahələrə nəzarət edilmir, yoxsa xaos daha da, böyüyərdi.

ADRA-nın yarandığı gündən bəri işindəki tənəzzülü getdikcə dərinləşir. Təəssüf ki, nə regionlarda, nə də paytaxtda reklam şirkətləri reklam qoya bilmirlər. 20-30 illik reklam təcrübəsi olan şirkətlərin reklam lövhələrini “yararsız” adı altında sökürlər, əvəzində isə xüsusi təyin olunmuş bir iki qurum monopoliyanı ödəyir.

Necə olur ki, 20-30 il bazarda olan, sovet dövründən reklam işini quran insanlar, milli şirkətlər reklam qoya bilmirlər, digərləri qoyurlar? Əgər reklam yararızdırsa, müraciət edərək onun yararlı hazırlanmasını tələb etmək lazımdır. 2 metr hündürlükdə reklamın yararlıya nə dəxli var? Brilyantdırsa, deyin, brilyantdan qoysunlar. Qızıldan hörülməlidirsə, elə etsinlər. ADRA son 5 ildə 10 minə qədər iş yerinin fəaliyyətini məhdudlaşdırıb”,-deyə C.Həsənov fikrini yekunlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 534

Oxşar yazılar