İki argentinalı oyunçu Qrizmannın bütün zamanların ən yaxşı beş futbolçusuna daxil olub.
Məşhur fransız futbolçu Antuan Qrizmann futbol tarixinin ən yaxşısı hesab etdiyi 5 futbolçunun adını açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, "Atletiko"nun ulduzu 2004-cü ildə UEFA tərəfindən son 50 ilin ən yaxşı futbolçusu seçilən həmyerlisi Zinəddin Zidanı tarixin ən böyük futbolçusu hesab etdiyini bildirib. Qrizmann "Barselona"da birlikdə oynadığı argentinalı Lionel Messini ikinci yerə qoyub.
Qrizmannın fikrincə, ilk üçlüyü Dieqo Maradona tamamlayır. Fransalı idmançı həmçinin tarixin ən yaxşı futbolçuları reytinqinə hollandiyalı Yohan Kroyff və İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhemi də daxil edib.
Qrizmanın versiyasına görə tarixin ən yaxşı 5 futbolçusu:
1. Zinəddin Zidan
2. Lionel Messi
3. Dieqo Maradona
4. Yohan Kroyff
5. Devid Bekhem