“Azərkitab”da millət vəkili Qənirə Paşayevanın yeni çapdan çıxmış “Sevgidən Eşqə"adlı yeni kitabının və “Səni Allaha Eşq götürür” adlı kitabının imza günü keçirilib. Lent.az-ın məlumatına görə, imza günü ilə yanaşı “Azərkitab”la Q.Paşayevanın birgə xeyriyyə aksiyası da olub.
Tədbiri açıq elan edən aparıcı Fəxriyyə Lilpar-İsayeva bildirib ki, Qənirə Paşayevanın müəllifi olduğu hər iki kitabın satışından əldə olunacaq gəlir xərçəng xəstəliyindən əziyyət çəkən və ciddi müalicələrə ehtiyacı olan gənc fəal Arzu Qocayevə dəstək üçün ona hədiyyə ediləcək.
“İmza günü”nə və xeyriyyə aksiyasına tanınmış ziyalılar, QHT və KİV təmsilçiləri, iş adamları, İraq türkmanlarının fəal təşkilat rəhbərləri də qatılıblar. Tədbirdə “Həyat” Fondunun rəhbəri Hacı Nuran, əməkdar artist Aybəniz Haşımova, “Sağlalığın Qorunması” İB-nin rəhbəri Yazgül Abdiyeva, ziyalılar, iş adamları, Gəncliyə Yardım Fondu və “Hilal” İB-nin təmsilçiləri, Türkiy”.